Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranda Azərbaycan dilində qəzet nəşr olunacaq

40 milyon vətəndaşı türk dilində danışan ölkədə bu dildə bir qəzet də yoxdur.

İran parlamentinin Urmiyadan olan millət vəkili Nadir Qazipur təxminən 40 milyon vətəndaşı türk dilində danışan ölkədə bu dildə bir qəzetin nəşr olunacağını bildirib.

Din.az bildirir ki, azərbaycanlı millət vəkili Qazipur Mədəniyyət və İrşad naziri Abbas Salehinin ölkədə Azərbaycan türkcəsində bir qəzetin nəşrinə razılıq verdiyini deyib.

O, 24 saat Azərbaycan türkcəsində yayımlanan bir kanalın olmasının vacibliyini də dilə gətirib.(qafqazinfo)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...