Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranda banklara bitkoindən istifadə etmək qadağan olundu

Maliyyə müəssisələrində bitkoindən istifadə qadağandır.

İranın Mərkəzi Bankı ölkədə bitkoin və digər kriptovalyutaların istifadə olunmasını qadağan edib.

Din.az bildirir ki, bütün pul mərkəzlərində və maliyyə müəssisələrində bu cür valyutaların istifadəsi qadağan olunur.

Mərkəzi Bankın qərarında qeyd olunur ki, kriptovalyutalar “çirkli pulların yuyulması və terrorçuluğun maliyyə təminatı” üçün istifadə oluna bilər.

Xatırladaq ki, bir müddət əvvəl İranın öz kriptovalyutasını yaradacağı barədə məlumatlar yayılmışdı. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...