Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranda BAŞ ÖRTÜYÜNÜ AÇDIĞINA GÖRƏ 29 qadın saxlanıldı

İranda qadınların baş örtüyü ilə bağlı məcburi qaydalara etirazlar artmağa başlayıb.

İranda baş örtüyünə qarşı etiraz aksiyası keçirilib.

Din.az xəbər verir ki, İranda qadınların baş örtüyü ilə bağlı məcburi qaydalara etirazlar artmağa başlayıb. “Ağ Çərşənbə” adını alan etiraz aksiyasınında qadınlar baş örtüklərini çıxararaq qaydalara etiraz ediblər. Aksiyada baş örtüyü açdıqları üçün 29 qadın polis tərəfində saxlanılıb.

Tehran polisinin verdiyi açıqlamaya görə, “Baş örtüyün çıxaran 29 qadın polis tərəfindən nəzarət altına alınaraq haqlarında tədbir görülməsi üçün ədliyyə orqanlarına təslim edilib.”

Qeyd edək ki, hicabın məcburi olduğu İranda qaydalara əməl etməyənlər pulla və ya həbslə cəzalandırlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...