Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranda başörtüsü qalmaqalı: polislər qadına güc tətbiq etdi

Hökumət rəsmiləri polisi vətəndaşlara qarşı zorakılıq tətbiq etməməyə çağırıb.

İranda qadının “İslam qaydalarına uyğun geyimdə” olmaması ilə əlaqədar polis tərəfindən zorakılığa məruz qalması rəsmilər tərəfindən sərt tənqid olunub.

Din.az bildirir ki, məsələ gündəmə sosial şəbəkələrdə yayılan videodan sonra gəlib.

Belə ki, qadın polislərin digər qadına qarşı başörtüsünün düzgün taxılmamasına görə güc tətbiq etməsini əks etdirən videogörüntülər yayılıb.

Bu addım sosial şəbəkələrdə qəzəblə qarşılanıb. İran parlamentinin deputatları, eləcə də hökumət rəsmiləri İran polisini vətəndaşlara qarşı zorakılıq tətbiq etməməyə çağırıb.

Polis rəsmiləri hadisənin araşdırılacağını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...