Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranda bığlı-saqqallı kişilər hicab bağlayır – FOTO

Hökumət bizi bir parça qara əski ilə hipnoz edib…

free-majid1

İranda kişilər ölkə qadınları ilə həmrəylik jesti olaraq hicablanmağa başlayıb.

Onların fikrincə, İran qanunlarına görə qadınların ictimai yerlərdə yalnız baş örtüyü ilə görünməyə məcbur edilməsi cəmiyyətdə qadın-kişi bərabərsizliyinə səbəb olub. Məqalədə deyilir ki, 1979-cu ildə baş vermiş İslam İnqilabından bəri qadınların baş örtüyü icbari sayılır və hicaba riayət edilməsinə “əxlaq polisi” nəzarət edir. İran şəhərlərinin küçələrində asılmış lövhələrdə “düzgün hicablanmayan” qadınlar rüsvay edilir. İran qadınlarına təlqin edilir ki, hicab qaydalarına düzgün əməl edilməməsi onları lüzumsuz seksual qısnamalara düçar edə bilər.

1151234-meninhijab-1469716802-375-640x480

hijab-2

Hicab müqaviməti…

“Din.az” BBC-yə istinadən bildirir ki, bütün bunlara baxmayaraq, hazırda İranda qadınların baş örtüyünə müqaviməti geniş vüsət alıb və onlar özlərini baş örtüyündən xilas etmək üçün başlarını daz qırxdırırlar.

Məqalədə deyilir ki, ötən həftə ərzində hicablanmış İran kişilərinin fotoları yayılıb. Bu şəkillərdə onların yanında arvadları və ya hər hansı qadın qohumları var. Əksinə, bu fotolarda qadınlar başlarını örtməyiblər. Fotolar Nyu Yorkda yaşayan iranlı jurnalist və fəal Məsih Əlinejadın təşəbbüsü ilə çəkilib. Əlinejad İranda icbari hicaba qarşı kampaniya aparır. Xanım Əlinejadın apardığı kampaniya “Mənim oğrun azadlığım” adlanır. Bu kampaniya çərçivəsində İran qadınları hicabsız şəkillərini sosial mediada paylaşırlar. İranlı kişilər Əlinejadın təşəbbüsü ilə yaradılmış #meninhijab heşteqinə hicabsız fotolarını göndərirlər.

“The İndependent” yazır ki, xanım Əlinejadın 22 iyulda etdiyi çağırışa cavab olaraq 30-adək kişi özlərinin hicablı fotolarını instaqramda dərc ediblər. Məqalədə deyilir ki, bu kişilərin əksəriyyəti İranda yaşayır. Məsih Əlinejad “The İndependent” qəzetinə deyib ki, kişilər İranda qadınları başıbağlı görməyə adət ediblər, lakin icbari hicab yüz minlərlə qadın üçün ləyaqətin təhqiridir.

160429170201_kochi_hijab_girls_campaign_640x360_fbwelfarepartyofindia_nocredit

_75029218_75029217

Əmiqızının hicabı…

Jurnalist bildirib ki, kişilər bu təşəbbüsə qoşularaq qadınlarla misilsiz həmrəylik nümayiş etdiriblər. Bir kişi əmisi qızının baş örtüyündə şəkil çəkdirib. “Mən əmiqızlarımın hicabını geyinəndə onlar mənə gülməyə başladılar. Mən hicabda bu qədər gülməlimi görünürəm? – yazır həmin şəxs, – Hökumət bizi bir parça qara əski ilə hipnoz edib. Onlar bizi inandırmağa çalışırlar ki, hicab bu ölkədə ən vacib məsələlərdən biridir”. Başqa bir kişi isə anasının rübəndi ilə üzünü örtəndən sonra yazır ki, qadınların nələr çəkdiyini indi başa düşüb. O deyir ki, anası qızmar yay günlərində hicab geyinəndə, kişi azadlığının qiymətini başa düşüb. “İndi anam vəfat edib və onun paltarları qalıb. Mən onu Xuzistanın qızmar günlərində mağazaya getmək üçün bu isti paltarları geyindiyini ürək ağrısı ilə xatırlayıram” – yazır həmin kişi.the_original_photo_student_leader_tavakoli

male-hijab-300x300

_46907347_hairy

hicab_23475756

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...