Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İranda çarşabını çıxaran qadın cəzalandırıldı

Bu qadına 24 ay həbs cəzası verilib.

İranda məcburi baş örtüyünün tətbiqinə qarşı çıxan bir qadına 24 ay həbs cəzası verilib. Bu barədə qərar dünən çıxarılıb.

Din.az bildirir ki, qərara görə, kimliyi açıqlanmayan qadın cəzasının ilk üç ayını çəkdikdən sonra apellyasiya şikayəti verərək azadlığa çıxa bilər.

Ancaq “Mizan Online”nın yaydığı məlumatda deyilir ki, Tehran baş prokuroru Abbas Cəfəri Dölətabadi qadının “əxlaqi deqradasiyanı təşviq etdiyinə görə” əfv haqqının olmadığı qənaətindədir.

Onun fikrincə, qadın iki illik cəzasını çəkməlidir. / oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...