Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranda Cümə namazından sonra dövlətə dəstək aksiyaları keçirilib

Son hadisələr əleyhinə etiraz yürüşü təşkil olunub.

İranın Tehran əyalətinin bütün şəhərlərində Cümə namazından sonra ölkədə baş verən son hadisələri qınamaq məqsədilə kütləvi aksiyalar keçirilib.

Din.az APA-ya istinadən bildirir ki, iştirakçılar son günlər bəzi şəhərlərdə asayişi pozaraq insanların malına ziyan vuran şəxslərin hərəkətlərini pisləyiblər. Yürüş paytaxt Tehranla yanaşı, əyalətin bir neçə şəhərində o cümlədən Dəmavənd, Pərdisdə təşkil olunub. Əhali “Fitnə yaradanlara ölüm!”, “Amerikaya ölüm!” şüarları səsləndirib, iğtişaşçıların hərəkətlərini və əcnəbi ölkələrin müdaxilələrini qınayıblar.


Təbriz şəhərində də son hadisələr əleyhinə etiraz yürüşü təşkil olunub.

Qeyd edək ki, prezident Həsən Ruhani və parlamentinin sədri Əli Laricani İran polis komandiri, general Hüseyn Əştəri ilə telefon əlaqəsi saxlayaraq polisin sərgilədiyi davranış və hadisələrin dinc yolla nəzarətə alınmasına görə ona təşəkkür ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...