Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranda daha bir problem: Azərbaycan bölgələrində

İranda müxtəlif bölgələrində inşaat layihələri yarımçıq qalıb.

Güney Azərbaycanın müxtəlif bölgələrində inşaat layihələri yarımçıq qalıb.

Din.az xəbər verir ki, Qəzvin valisinin abadlaşdırma işləri üzrə müavini Əli Fərrüxzad əyalətdə 400 layihənin əsasının qoyulduğunu, onların istifadəyə verilməsi üçün azı 2,5 trilyon tümən vəsaitə ehtiyac olduğunu bildirib. Vali müavini layihələrin davam etdirilməsi üçün dövlətə deyil, özəl sektora ümid bəslədiyini deyib:

“Biz yarımçıq qalmış layihələri özəl sektorun yardımı ilə 3 il müddətində yekunlaşdıra bilərik”.

Qeyd edək ki, Güney Azərbaycanda istifadəyə verilməsi gözlənilən layihələrdən bəzilərinin təməli 20 il əvvəl qoyulub. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...