Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranda etiraz aksiyası – VİDEO

Etiraz aksiyasında minlərlə ərəb iştirak edib.

İranın Əhvaz bölgəsinin ərəb əhalisi İran televiziyasının irqçi hərəkətlərinə qarşı etiraz aksiyası keçirib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Əhvaz İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Xuzistan Teleradio Şirkətinin binası önündə keçirilən aksiyada martın 23-də İranın 2-ci kanalında yayımlanan uşaq verilişinin məzmununa etiraz olunub.

Aparıcı İran xəritəsində müxtəlif millətlərin yaşadığı məntəqələrin üzərinə onların milli geyimində gəlinciklər yapışdırıb. Əhvazın üzərinə isə ərəblərə məxsus geyimi olan gəlincik yox, başqa libasda gəlincik qoyulub.

Bu təhrif Əhvazın ərəb əhalisinin kəskin etirazına səbəb olub.

Məlumata görə, etiraz aksiyasında minlərlə ərəb iştirak edib. Onlar Teleradio Şirkəti rəhbərliyinin üzr istəməsi və təhrifə yol verən şəxslərin işdən çıxarılmasını tələb ediblər. Etirazçılar aksiyaya ərəb geyimində qatılıblar.

Aksiyada ərəb dilində “Əhvaz bizimdir, kimsə onu bizdən ala bilməz” şüarı səsləndirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...