Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranda etirazlar: ABŞ və İsrail bayraqları yandırıldı

İranda ABŞ siyasətinə qarşı aksiya keçirilib.

İranda ABŞ-ın Tehrandakı səfirliyinə basqının 39-cu ildönümü münasibətilə hadisənin baş verdiyi keçmiş səfirlik binası qarşısında nümayişlər keçirilib.

Din.az xəbər verir ki, nümayişlərə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri və bir sıra siyasi və hərbi rəsmilər qatılıb. Nümayişçilər Vaşinqton, Təl-Əviv və Ər-Riyad əleyhinə şüarlar səsləndirib, ABŞ və İsrail bayraqları yandırılıb.

Qeyd edək ki, Tehrandakı ABŞ səfirliyinə 1979-cu ilin 4 noyabrında özlərini “İmamın yolundakı tələbələr” adlandıran minlərlə silahlı şəxs tərəfindən hücum edilib. Nəticədə 52 diplomat 444 gün ərzində girov saxlanılıb. Girovlar yalnız 1981-ci ilin yanvarın 20-də azad edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...