Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İranda etirazlar böyüyür: Azərbaycan şəhərləri ayağa qalxdı

Bir neçə gündür Güney Azərbaycanda etiraz aksiyaları keçirilir.

Güney Azərbaycanın əksər şəhərlərində olduğu kimi, Marağa şəhərinin yük maşını sürücüləri də Məclis meydanına toplaşaraq, etiraz aksiyası keçiriblər.

Din.az bildirir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

“Marağalı yük maşını sahibləri məsullardan sığorta haqlarının artırılması, yük daşıma xidmətinin ucuz olması və maşının ehtiyat hissələrinin baha olması məsələlərinə baxılmasını tələb ediblər” – məlumatda qeyd olunub.

Sürücülərin maşınları ilə birlikdə Məclis meydanına toplaşdığı bildirilib.

Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz səbəblərdən dolayı bir neçə gündür Güney Azərbaycanın Təbriz, Ərdəbil, Həmədan, Qəzvin, Sulduz, Qoşaçay, Tikantəpə, Azərşəhr (Tufarqan) və s. kimi şəhərlərində etiraz aksiyaları keçirilir.(axar.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...