Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İRANDA ETİRAZLAR: Xameneinin iqamətgahına yürüş edildi – VİDEO

1000 nəfər iqamətgaha doğru hərəkət etdi.

Bu gecə Tehrandakı etirazçılar İranın Ali Dini lideri Əli Xameneinin iqamətgahına doğru yürüş ediblər.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Əl Arabiya” televiziyası yayıb. Televiziya iqamətgaha doğru hərəkət edənlərin sayının 1000 nəfər olduğunu bildirib.

Etirazçıların yürüşü ilə əlaqədar iqamətgahın qarşısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri yerləşdirilib. İqamətgah qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmanın olması haqqında heç bir məlumat verilməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...