Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranda etirazlar zamanı ölənlərin sayı 20 nəfərə çatıb

Bir gün ərzində Tehranda 450 nəfər saxlanılıb.

İranda keçirilən etiraz aksiyaları zamanı bu gecə daha 9 nəfər ölüb.

Din.az bildirir ki, bu barədə Trend IRIB dövlət telekanalına istinadən məlumat verir.

Bununla da aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanının dayandığını bildirmişdi. O, etirazların bir neçə gündən sonra başa çatacağını deyib.

Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...