Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İranda “əxlaq polisi” hicabını açan qadını saxlayıb

“Hicabsızam, özüm bilərəm! Rədd olun!” – İranlı qadın polisləri təpiklədi

Başı açıq qadın “Nə üçün hicablı deyilsiniz?!” sualı ilə ona yaxınlaşan “əxlaq polis”lərinə belə cavab verib.

Din.az bildirir ki, olay İranın paytaxtı Tehran metro stansiyasının “Darvaze Doulat” stansiyasında yaşanıb.

İranda “əxlaq polisi” funksiyasını yerinə yetirən “Gəşte Erşad”ın 3 qadın əməkdaşı stansiyanın platformasında duraraq qatarı gözləyən qadına yaxınlaşıblar. Üç qadın polis bu xanımdan nə üçün başında hicab olmadığını soruşublar. Daha sonra isə qadına qaydaları pozduğu deyilib.

Başıaçıq qadın da sinirlənib.

“Nə istəsəm, onu da geyinəcəyəm. Siz kimsiniz mənə irad tutursunuz?! Bəlkə valideynlərimsiniz?!” qışqıran qadın “Gəşte Erşad”ın qadın əməkdaşlarından birinə təpik vurub. / Milli.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...