Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranda gözlənilməz vəziyyət: azyaşlı azərbaycanlılar həbs edildi

SEPAH-ın təhlükəsizlik əməkdaşları tərəfindən tutulan fəallar naməlum istiqamətə aparılıb.

Güney Azərbaycanın Savalan dağında onlarla azərbaycanlı milli-mədəni fəal İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvləri tərəfindən saxlanılıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, SEPAH-ın təhlükəsizlik bölümü əməkdaşları tərəfindən tutulan fəallar naməlum istiqamətə aparılıb, onların harada saxlandığı məlum deyil.

Saxlanılanlardan bir neçəsinin – Cavad Şokri (Duman), Məhəmməd və Rəsul Qövmzadə, 9 yaşlı Elman və bacısı Aysuda, Əhməd Nəsiri və iki azyaşlı qızı, Aydın Zakiri, Tohid Əmir Əmini və b. kimliyi müəyyən edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...