Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

İranda həbs olunan xristian azərbaycanlılar: “Bizə bu dini yaymağı Allah əmr edir…” – VİDEO

Share Button

Azərbaycandan İrana xristianlığı yaymaq üçün getdiyi iddia olunaraq həbs olunan 3 azərbaycanlı- Bahram Nəsibov, Eldar Qurbanov və Yusif Fərhadov azad ediliblər. “Din.az” “a24.az”a istinadən xəbər verir ki, 2016-ci ilin iyulun 16-sında İranlı xristianlarla görüşmək üçün Tehrana gedən azərbaycanlıların mənzilinə İran polis qüvvələri basqın edib və onları Bibliya oxuyarkən yaxalayıblar. İlkin istintaqdan sonra hökumət onları İranda […]

Azərbaycandan İrana xristianlığı yaymaq üçün getdiyi iddia olunaraq həbs olunan 3 azərbaycanlı- Bahram Nəsibov, Eldar Qurbanov və Yusif Fərhadov azad ediliblər.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, 2016-ci ilin iyulun 16-sında İranlı xristianlarla görüşmək üçün Tehrana gedən azərbaycanlıların mənzilinə İran polis qüvvələri basqın edib və onları Bibliya oxuyarkən yaxalayıblar.

İlkin istintaqdan sonra hökumət onları İranda xristianlığı yaymaqda ittiham edib və İranın ən dəhşətli həbsxanası olan “Evin” həbsxanasına göndərib. Hakim onların 10 il azadlıqdan məhrum edilə biləcəklərini söyləyib.

Azərbaycanlı xristianlar Allahın onlara bu dini yaymağı əmr etdiyini və iki dəfə yuxuda həbs olunduqlarını gördüklərini söyləyiblər. Ona görə də, bu yolda heç nədən qorxmadıqlarını vurğulayıblar.

Həbsdə olduqları müddətdə amerikalı keşiş Said Abedini onlarla görüşüb, birlikdə dua ediblər.

Hadisədən sonra rusiyalı keşiş Aleksandr Neretin məhbusların azadlığa buraxılması ilə bağlı kampaniya başladıb. Azərbaycan və onun qonşuluğunda olan dövlətlərin kilsələri də bu kampaniyaya qoşulub.

Neretinin 85000 dollar girov qarşılığında Bahram Nəsibov, Eldar Qurbanov və Yusif Fərhadovun şərti azadlığa buraxılmasına nail olub və onlar Azərbaycana geri qaytarılıblar.

“Bizə dua edən, girov pul qoymağa kömək edən hər kəsə təşəkkür edirik”, -deyə Eldar Qurbanov CBN News-a bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir