Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İranda hicabla bağlı açıqlama

Hicabın zorakılıq və təzyiqlə mühafizəsinə yol verilməməlidir.

İran prezidentinin qadın və ailə məsələləri üzrə köməkçisi Məsumə İbtikar qadınlar günü münasibətilə təşkil edilmiş mətbuat konfransında maraqlı açıqlamalarla yadda qalıb.

Din.az xəbər verir ki, İbtikar hicabın İranda rəsmi şəkildə məcburi olduğunu xatırladaraq qaydanın inqilabdan sonra xalqın tələbi ilə tətbiq edildiyini deyib.

O, həmçinin vurğulayıb ki, bu məsələ yeni nəsillə müzakirə edilməli, onların istəkləri nəzərə alınmalı, hicabın zorakılıq və təzyiqlə mühafizəsinə yol verilməməlidir. Qadınların həyat yoldaşlarının icazəsi olmadan xarici ölkəyə səfərləri məsələsi də din xadimləri ilə müzakirə edilən mövzular arasındadır. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...