Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranda ictimai yerdə evlilik təklifi edən gənc saxlanılıb – VİDEO

Gənclər İslam qayda-qanunlarına yaraşmayacaq tərzdə evlilik təklifinə görə saxlanıldılar.

İranın Mərkəzi vilayətinin Ərak rayonunda ticarət mərkəzlərindən birində evlilik təklifinə görə iki gənc saxlanılıb.

Din.az bildirir ki, hadisə ilə bağlı Mərkəzi vilayətin hüquq-mühafizə orqanının rəis müavini Mahmud Xəleci Fars açıqlama verib.

Xəlecinin sözlərinə görə, gənclər İslam qayda-qanunlarına yaraşmayacaq tərzdə ictimai məkanda evlilik təklifinə görə saxlanılıblar. Belə ki, gənc oğlanın ictimai yerdə xanıma evlilik təklif etməsi qanunlara ziddir.

Rəis müavininin sözlərinə görə, gənc qız və oğlan daha sonra şərti azadlığıa buraxılıblar. / Trend.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...