Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranda inqilabi qərar: Qadın pilotlar da olacaq

“İran Air” aviaşirkəti qadın pilotları işə götürməyə hazırdır”.

Hazırda kompaniyada 5 qadın top menecer çalışır

İranın ən böyük aviaşirkəti olan “İran Air”in rəhbərliyi qadın pilotlar üçün vakansiya açılması barədə qərar qəbul edib.

Din.az xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, kompaniya pilotlar üçün illik yeni vakansiyalar elanında “bu vəzifəni qadınlar da icra edə bilər” deyə qeyd edib.

“İlk dəfə olaraq “İran Air” aviaşirkəti qadın pilotları işə götürməyə hazırdır” – deyə kompaniyanın rəhbəri Farzane Şarafbafi qeyd edib.

Hazırda kompaniyada 5 qadın top menecer çalışır. Bundan əlavə şirkətin 1,78 min qadın işçisi var.

“Bizim üçün əməkdaşlarımız arasından qadın pilotların olması çox vacibdir” – deyən direktor qeyd edib ki, qadınlar müvafiq kurslar keçdikdən sonra ikinci pilot kimi çalışacaqlar. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...