Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranda “İnstagram” da qadağan edilir

“İnstagram” vasitəsiylə İran qanunlarının pozulduğu iddia edilir.

Tehranda Baş prokurorluğun binasında keçirilən mətbuat konfransında ölkədə ən çox istifadə olunan sosial media şəbəkələrindən “İnstagram”ın qadağan olunacağı açıqlanıb.

Din.az xəbər verir ki, qadağanın nə zaman tətbiq olunacağıyla bağlı heç bir məlumat verilməyib.

“İstagram”ın qadağan edilməsinə səbəb olaraq “ölkədəki bəzi sənətçilərin “İnstagram” vasitəsiylə ehtiyacı olan şəxslər üçün maddi yardım toplamalarından suni istifadə hallarına yol açmalarıdır” deyə göstərib.

Qeyd edək ki, İranda “Facebook”, “Twitter” kimi sosial media hesablarından istifadə qadağandır. Aprel ayında isə ölkədə baş verən tirazlardan dolayı “Telegram” bağlanıb. Ölkədə internetdən istifadə edənlərin 55 faizini “Telegram”, 23 faizini isə “İnstagram” istifadəçiləri tuturdu.

Lakin ötən həftə İranda dolların məzənnəsinin sürətlə qalxmasına etiraz edən tehranlı iş adamının hərəkətlərindən sonra “İnstagram”ın qadağan edilməsi diqqət çəkib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...