Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İranda islam inqilabının devrilməsi… – General

“İslam respublikasının xəbis düşmənlərinin qarşısında dayanıb, onları məyus edəcəyik”.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri ölkəni bürüyən etiraz aksiyalarına münasibət bildirib.

Din.az xəbər verir ki, Baqiri kütləvi etirazları pisləyib və onun başçılarını “amerikalı fitnəkarlar” adlandırıb:

“Biz, İslam inqilabının devrilməsini istəyənlərin şeytani və iyrənc yuxusunun çin olmasına imkan verməyəcəyik. İslam respublikasının xəbis düşmənlərinin qarşısında dayanıb, onları məyus edəcək, öz iyrənc hədəflərinə çatmasının qarşısını alacağıq”.

Qeyd edək ki, hazırda İranın bir neçə şəhərində korrupsiya və işsizliyə qarşı etiraz aksiyalarının davam etdiyi bildirilir.  / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...