Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Qaynar Xəbərlər

İranda kürd və sünnilərə qarşı edam cəzası

Share Button

“Sənin 3 günahın var: sünnisən, kürdsən, rejimə qarşısan”

İranda edən edilən sünni kürd fəallar Şahram Ahmadi ölmədən əvvəl həbsdə çəkdiyi bir videoda, hakimin ona kürd və sünni olduğu üçün mühakimə edildiyini söyləyib.

“Din.az” Türkiyə mediasına istinadən bildirir ki, İran, sayını bildirmədən “bir terror qrupuna üzv olduqları” iddiası ilə bir çox insanların edam edildiyini açıqlayıb.

Sürgündə olan müxalif təşkilat Xalqın Mücahidləri də edam edilənlərlə bağlı bir açıqlama verib. Təşkilat, saylarının 21 olduğu 21 nəfərin silahlı terror qruplaşması ilə əlaqəsinin olmadığını, sadəcə siyasi müxalif və fəal olduqlarını bildirib.

Həbsdə gizlincə video çəkdi…

Edam edilənlər arasında İranın Kürdistan əyalətindən olan fəal Şahram Ahmadi də var. Ahmadiyə edam cəzası kəsildikdən sonra həbsdə gizlincə çəkdiyi video sürətlə paylaşılmağa başlanıb.

İranlı müxalifin videosunda edam qərarı ilə nəticələnən mühakimə prosesinin ədalətli olmadığını və özünü müdafiə etmək imkanına maneə törədildiyini söyləyib.

Ahmadi onu davamlı olaraq təhqir edən hakimin “Sənin 3 günahın var: sünnisən, kürdsən, rejimə qarşısan” dediyini və ona qarşı yönəldilən “dövlətə silah qaldırma” günahını rədd etdiyini söyləyərək “Buraxın silahı da, məndə balaca da olsa bıçaq belə tapa bilmədilər. Yalnış heç bir şey etmədim. Heç kimi öldürmədim. Etdiyimiz yeganə əməl, onlara “Siz bizim dəyərlərimizi, dilimizi, rituallarımızi və xalqımızı təhqir edirsiniz” demək idi” deyə o bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir