Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranda matəm elan edildi

Tankerdə olan 32 heyət üzvünün 30-u iranlı olub.

İranın SANCHI adlı tankerin qəzaya uğraması və 30 iranlının həlak olması ilə bağlı ölkədə matəm elan edilib.

Din.az bildirir ki, bu barədə İran Nazirlər Kabineti qərar alıb.

Qeyd edək ki, Panama bayrağı altında fəaliyyət göstərən SANCHI tankeri Şərqi-Çin dənizində Honkonq yük gəmisi toqquşub.

Qəza nəticəsində neft tankeri alışıb və partlayış baş verib. Tankerdə olan 32 heyət üzvünün 30-u iranlı olub.

Honkonq yük gəmisində olan 21 nəfərin hamısı isə xilas edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...