Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranda məşhur sünni din xadimi qətlə yetirilib

İranda din xadiminə silahlı şəxslər tərəfindən sui-qəsd edilib.

İranda sünni din xadimi və akademik Mevlevi Abduşşekur Terşabiyə silahlı hücum olub. Hücum nəticəsində din xadimi dünyasını dəyişib.

Din.az bildirir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Hadisə İranın cənub-şərqində yerləşən Sistan-Belucistan bölgəsindəki Haş qəsəbəsində yaşanıb. İRNA-ya açıqlama verən Haş qəsəbəsinin müdir köməkçisi Muhamməd Əhmədi Bolag səhər saatlarında din xadiminə şəxsiyyəti məlum olmayan silahlı şəxslər tərəfindən sui-qəsd edildiyini söyləyib. O, sui-qəsd nəticəsində Terşabinin dünyasını dəyişdiyini bildirib.

Sünni din xadiminin öldürülməsinin rayon camaatı üçün üzücü bir xəbər olduğunu bildirən Bolag “Abduşşekur Terşabi akademik və elm sahəsində sayıb-seçilən simalardan idi. Bölgədə İslami birlik və bütövlüyün müdafiəçisi idi” deyib.

İranlı məmur cinayətkarların şəxsiyyətinin müəyyən edilməsi və yaxalanması üçün işlərin başladıldığını qeyd edib.

Terşabinin cənazəsinin həmin bölgədə Zahidan kəndinin Haş qəsəbəsində torpağa tapşırılacağı bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...