Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranda narkotik cinayətlərinə görə ölümə məhkum edilənlərin işinə yenidən baxılacaq

Hakimlər edama məhkum olunmuş şəxslərin barəsində çıxarılan qərarlara yenidən baxmalıdırlar.

İranın məhkəmə sisteminin sədri ayətullah Sadiq Amoli Laricani “Narkotik vasitələrlə mübarizə” qanununa bir maddəlik əlavənin icrasına göstəriş verib.

Din.az APA-ya istinadən xəbər verir ki, göstərişə əsasən ölkə üzrə cinayət cəzaları üzrə hakimlər edama məhkum olunmuş şəxslərin barəsində çıxarılan qərarları dayandırmalı və onların işlərinə yenidən baxmalıdır.

Təlimatın icrası üzrə məsuliyyət prokurorlar və baş ədliyyə idarələrinə tapşırılıb. Ölkənin baş prokuroru bu təlimatın icrasına nəzarət edəcək və 3 aydan sonra bir maddəlik əlavənin icrasına dair öz hesabatını məhkəmə sisteminin sədrinə təqdim edəcək.

Hazırda İran həbsxanalarında saxlanılan məhkumların 42 faizi narkotik vasitələrini istifadəsi və alveri ilə bağlı cinayətlərə görə tutulanlardır. Hazırda məhbuslardan 5300 nəfəri barələrində çıxarılmış edam hökmünün icrasını gözləyir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...