Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranda nikah yaşı DƏYİŞDİRİLDİ

Nikah məsələləri dini qurumlarla müzakirə edilib.

İran parlamentinin qadın qrupu uşaq nikahlarının qarşısını almaq məqsədi ilə 16 yaşdan aşağı qızların evlənməsini qadağan edən qanun layihəsi hazırlayıb.

Din.az bildirir ki, bu barədə İran parlamentinin qadın qrupunun üzvü Tayyibə Siyavuşi danışıb.

Məsələni dini qurumlarla da müzakirə etdiklərini bildirən Siyavuşi, Ayətullah Məkarim Şirazinin də qanun layihəsini dəstəkləyən fətva verdiyini və layihənin Qumdakı İslami Təhqiqat Qurumunun yardımı ilə hazırlandığını vurğulayıb.

Qeyd edək ki, hazırda İranda qadınlar üçün nikah yaşı 13, kişilər üçün isə 15-dir. / virtualaz.org

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...