Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İRANDA PANİKA! – Prezident sarayına silahlı basqın

Muhsin Nəsic Həmədani adlı şəxs Prezident Sarayına girmək istədi.

Paytaxt Tehranda Prezident sarayına silahlı basqın olub.

Din.az xəbər verir ki, İranın Tehran şəhərində Prezident sarayı qarşısında təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində bir nəfər yaralanıb.

Tasnim xəbər agentliyinə verdiyi açıqlamada Tehranın qubernator müavini Muhsin Nəsic Həmədani kəsici alət daşıyan bir adamın İran Prezident Sarayının girmək istədiyini bildirib.

Qubernator müavini bildirib ki, polis qüvvələrinin xəbərdarlıqlarını nəzərə almadığı üçün bu şəxs vurularaq yaralanıb. Həmədani vurulduğu adamın hansı səbəbdən bu işi gördüyünü və şəxsiyyətin kimliyini öyrənməyə çalışdıqlarını qeyd edib. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...