Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranda prezidenti ölümlə hədələməkdə şübhəli bilinən 5 din xadimi tutulub

Həsən Ruhaniyə qarşı pankart açdıqlarına görə cəzalandırıldılar.

İranın Qum dini-ideoloji mərkəzinin 5 din xadimi ölkə prezidenti Həsən Ruhaniyə qarşı pankart açdığı üçün saxlanılıb.

Din.az xəbər verir ki, onlar Həsən Ruhanini ölümlə hədələyiblər.

Həmin din xadimləri “Ey müzakirə edilən adam, hovuz səni gözləyir!” şüarı yazılan pankart tutublar.

Qeyd edək ki, İranın keçmiş prezidenti Əliəkbər Haşimi-Rəfsəncani 2017-ci ilin yanvarında hovuzda ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilmişdi. Ancaq keçmiş prezidentin qızı Faizə Haşimi atasının ölümünün təbii olmadığını və bu məsələdə məlumatsızlığın davam etdiyini söyləmişdi. Sağlığında Ə.Haşimi-Rəfsəncani Qərblə əlaqələri inkişaf etdirməyə can atan siyasilərdən biri kimi tanınırdı. Ona görə də onun ölməsi səbəbinə şübhə qalır. Odur ki, din xadimlərinin pankartını hakimiyyətdaxili islahatçılar Həsən Ruhaninin təhdid edilməsi kimi dəyərləndiriblər. /  Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...