Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Təbrizdə pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı

Təbrizdə pulu əvəz edən çeklərə xüsusi hazırlanmış möhürlər vuruldu.

Güney Azərbaycanın Təbriz şəhərində milli-mədəni fəallar ölkənin pul əsginazlarına və pulu əvəz edən çeklərə xüsusi hazırlanmış möhürlər vurublar.

Din.az xəbər verir ki, çox sayda çek və əsginazın üzərində “Yaşasın Azərbaycan” şüarı əks olunub.

Qeyd edək ki, fars şovinizminə qarşı oxşar tədbirlərə bundan əvvəl də rast gəlinib. Bir müddət əvvəl İranın Təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillər haqda neqativ sözlər dedikdən sonra pul əsginazlarına milli şüarlar yazılıb. Bu proses bəzi məntəqələrdə hələ də davam edir. / Kult.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...