Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranda qadın səfir təyin olundu – İLK DƏFƏ

Hümeyra Riqini İranın Bruneydəki yeni səfiri təyin olunub.

İran tarixində ilk dəfə sünni qadın səfir təyin edilib.

Din.az Trend-ə istinadən bildirir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, prezidentin birinci müavini İshaq Cahangiri Sistan və Bəlucistan əyalətinə səfəri zamanı Hümeyra Riqini İranın Bruneydəki yeni səfiri olaraq təqdim edib.

Cahangiri Riqini “uğurlu bir vəzifə sahibi” olaraq qiymətləndirib. Riqi Malayziyaya səfir olaraq göndərilən Mərziyə Afham və Finlandiyaya göndərilən Pərvin Fərşçidən sonra 1979-cu il inqilabından bəri səfir olan üçüncü qadın olub.

Hümeyra Riqi İranın ilk sünni səfiri olaraq tarixə keçib. O, bundan öncə Sistan və Bəlucistan əyalətlərinə bağlı Çabahar rayon icra nümayəndəsi olaraq çalışıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...