Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranda qadınlara futbola baxmaq qadağan olundu

“Qadın stadionda yarıçılpaq kişiləri idman geyimində görəndə, bu, günaha gətirib çıxarır.”

İranda qadınlara futbol oyunlarına getmək yenidən qadağan olunub.

Din.az bildirir ki, ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeri müvafiq bəyanatla Tehranda keçirilən İran-Boliviya yoldaşlıq oyunundan bir gün sonra çıxış edib.

Montazeri qadınların stadionda futbol oyunu seyr etmələrinin əleyhinə olduğunu bildirib.

“Biz müsəlman dövlətiyik, müsəlmanlarıq. Qadın stadionda yarıçılpaq kişiləri idman geyimində görəndə, bu, günaha gətirib çıxarır. Əgər bu bir daha baş versə, Tehran prokuroruna tədbir görməyi tapşıracağam”, – deyə o vurğulayıb. /  Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...