Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İranda Ramazan ayında gündüz yeyib-içmək qadağan edilib – VİDEO

Share Button

Restoran və yeməkxanaların fəaliyyəti yalnız iftardan sonra bərpa olunur

Quran 12 aydan yalnız mübarək Ramazan ayının adı çəkilir. Bu ay özünün bütün xüsusiyyətləri ilə digər aylardan fərqlənir. Məhz bu səbəbdən İran İslam Respublikasında Ramazan ayı böyük təmtəraqla qeyd edilir.

Belə ki, İranda da müsəlmanlar bu ayın daha yaxşı keçirilməsi üçün müxtəlif proqramlar planlaşdırırlar. Ramazan ayında namazlardan sonra Qurani Kərim oxuyurlar və dini söhbətlər edirlər. Həmçinin bu ayda Quran xətmi məclisləri, dini dərslər və Quran sərgisi də bərpa olunur.

Ramazan ayı başlananda ictimai yerlərdə, gündüz saatlarında yeyib-içmək qadağan edilib. Restoranlar və yeməkxanalar bağlanır, onların fəaliyyəti yalnız iftardan sonra bərpa olunur. Küçələrdə məscidlər və evlərdə orucluğun abu-havası hiss olunur.

Həmçinin İranda hər kəs iftara xüsusi şəkildə hazırlaşır. Məscidlər və ictimai yerlərdə iftar mərasimləri təşkil olunur.

“Din.az” ANS TV-yə istinadən İrandakı Ramazan coşqusunu videosüjetdə təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir