Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İranda şok qərar: ÇADRASIZ GƏZƏNLƏR CƏZALANDIRILMAYACAQ – VİDEO

Şəriət qaydalarına uyğun geyinmək istəməyənlər həbsxanalara yox …

İran polisi islam qaydalarına uyğun geyinməyən qadınların bundan sonra cəzalandırılmayacağını açıqlayıb.

Din.az APA TV-yə istinadən bildirir ki, bu barədə İranda islahatçı düşərgəyə yaxınlığı ilə tanınan “Şərq” qəzeti yazıb.

Tehranın polis şefi Hüseyn Rəhimi həmin qadınların polis idarələrinə aparılmayacağını və həbs olunmayacaqlarını bildirib.

Polis rəisi əlavə edib ki, Tehranda yüzdən çox “maarifləndirici mərkəz” açılıb və şəriət qaydalarına uyğun geyinmək istəməyənlər həbsxanalara yox, həmin qurumlara götürüləcək.

Xatırladaq ki, İranda belə geyimlərə qarşı olan qadınlar müxtəlif formalarda dəfələrlə etiraz aksiyaları keçirib. Hətta onlardan bir qrupu çadraya qarşı çıxaraq saçlarını dibdən kəsdirib.

Son illərdə isə əksər qadınlar qara çadra əvəzinə rəngli yaylıqlardan istifadə etməyə başlayıb.

İranda 1979-cu il İslam inqilabından sonra qadınlar çadraya bürünməyə məcbur edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...