Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranda soydaşlarımızın yaşadığı vilayətlərdə Azərbaycan dili tədris olunacaq

“Ana dili təhsili birinci orta məktəbin dördüncü və doqquzuncu siniflərində tədris olunacaq”.

Bu ildən etibarən İranda Azərbaycanlıların yaşadığı vilayətlərdə Türk dili (Azərbaycan dili) tədris olunacaq.

Din.az xəbər verir ki, bu haqda məlumatı tanınmış təhsil eksperti Kamran Əsədov verib:

“Bunu İranın Təhsil Naziri Məhəmməd Bəthai (bir ay öncə istefa verdi, amma hələ vəzifəsində qalıb) deyib.

Deməli, Təhsil nazirinin əmrinə əsasən ana dili təhsili birinci orta məktəbin dördüncü və doqquzuncu siniflərində tədris olunacaq. Dərslər həftədə 4-cü siniflərə 3 saat, 9-cu siniflərə 2 saat keçiriləcək.
Şərqi Azərbaycan Respublikası əyalətinin Təhsil direktoru Cəfər Paşaye bildirmişdir ki, “Bu ilin oktyabr ayında məktəblərin açılışı ilə Şərqi Azərbaycanın məktəblərində türk dili tədrisi pilot olaraq tədris ediləcəkdir”. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...