Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İranda telefonla 1 saatdan 99 ilə qədər müvəqqəti nikah kəsilir

1 saatlıq evlilik oyunu İran qanunlara görə tətbiq olunur…

İranda mobil mesajlaşma yolu ilə qurulan qruplar vasitəsi ilə müəyyən bir ödəniş qarşılığında müvəqqəti nikah qıyılır.

“Telegram” adlı mobil mesajlaşma tətbiqi üzərində qurulan qruplar müvəqqəti nikah (muta nikahı) kəsilir.

“Din.az” xəbər verir ki, İranda islahatçılara yaxınlığı ilə tanınan “İbtikar” qəzetinin yayımladığı xəbərə görə, sözügedən qruplara üzv olanlar müvəqqəti nikah kəsdirmək istədiyi insanı xüsusiyyətlərinə görə siyahıdan seçir.

1 saatdan 99 ilə qədər nikah kəsilə bilir…

Daha sonra seçdiyi insana “mihr” adı altında, qrupun rəhbərlərinə də “məsləhətçi” xidməti qarşılığında müəyyən bir məbləğ ödəyərək 1 saatdan 99 ilə qədər nikah kəsilə bilir.

Müvəqqəti nikah üçün təqribən 95 – 640 manat arasında məbləğ ödənilir…

Sözügedən qrup vasitəsi ilə müvəqqəti nikah kəsdirmək istəyən kişilərin 2 milyon riyal (95 manat) ilə 15 milyon riyal (640-650 manat) arasında pul ödəməsi lazımdır. Qrupa üzv olan kişilər üçün yaşları daxil olmaqla heç bir şərt qoyulmur. Müvəqqəti nikah kəsdirmək istəyən qadınlar isə qrupa üzv olmaq üçün şəxsi məlumatlarını və bəzi məlumatları verən sənədi doldurmaq məcburiyyətindədir.

“İbtikar” qəzetinə danışan bir istifadəçi “qadınların qürurunu qorumaq üçün onların şəxsi məlumatları sadəcə mərkəzdə gizli saxlanılır və başqa heç bir yerdə qeyd olunmur. Bundan başqa qrupda heç bir qadının şəkilləri də paylaşılmır” deyərək bildirib.

7 min nəfərə çatıb…

Xəbərdə, “Telegram”dakı qrupun qurucusunun həyata keçirdikləri işi ölkədəki mədəni qanuna uyğun olaraq xarakterizə etdiyi və qısa müddət ərzində yaradılan qrupun indiyə qədər 7 min nəfərə çatdığını da qeyd edib.

Şiəliyin təməl təlimlərindən olan və bir qisim şiələrin seçdiyi muta nikahı, qadın və kişinin müəyyən bir müddət və məbləğ (mihr) qarşılığında anlaşaraq başlatdıqları bir evlilik oyunu İrandakı mədəni qanunlara görə tətbiq olunur.

MÜZAKİRƏ

1 şərh İranda telefonla 1 saatdan 99 ilə qədər müvəqqəti nikah kəsilir üçün

  1. Emin dedi:

    Ona görədə Ayətullah ağam deyib sevirlərdə. Burdan hicaba görə zülm edir o tərəfdən zinaha sövq edir. Belə deyəkdə konfeti kağıza büküb satır.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...