Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranda turistlər üçün vergi bahalaşır – Bu, iranlı turistlərin Azərbaycana gəlməsində problemlər yarada bilər

Təyyarə ilə gedənlər 45 dollar, quru nəqliyyatı ilə səfər edənlər isə 15-20 dollar vergi ödəyəcəklər.

“İrandan Azərbaycana gələn turistlərin sayı ilbəil artır, lakin əvvəlki illərdən fərqli olaraq, bu il artımın müşahidə ediləcəyi gözlənilmir”.

Din.az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, İran qanunvericiliyinə uyğun olaraq, bu ölkənin vətəndaşları xarici səyahətlərə gedərkən dövlətə müəyyən qədər vergi ödəyir. Hazırda İrandan başqa ölkəyə təyyarə ilə səfər edənlər 15 dollara, quru nəqliyyatı ilə gedənlər isə 7 dollara yaxın vergi ödəyirlər.

AzTA sədri qeyd edib ki, İranın turizm şirkətlərinin verdiyi məlumatlara görə, martın 20-dən bu vergi bahalaşacaq. Təyyarə ilə gedənlər 45 dollar, quru nəqliyyatı ilə xaricə səfər edənlər isə 15-20 dollar vergi ödəməli olacaqlar.

N.Bağırov əlavə edib ki, bu barədə hələ rəsmi qərar verilməyib, lakin dövlət tərəfindən təsdiqlənəcəyi gözlənilir:

“Qərar qüvvəyə minəcəyi təqdirdə İrandan Azərbaycana turistlərin gəlməsi ilə bağlı bir qədər problemlər yarana bilər. Buna görə də Azərbaycana İrandan gələn turistlərin sayında bu il artım gözlənilmir”.

Amma N.Bağırov Novruz bayramı günlərində başqa ölkələrdən gələcək turistlərin sayında artımın olacağını proqnozlaşdırır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...