Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranda türklərə qarşı təxribat: bozqurd işarəsi … 

Osmanlı İmperiyası irqçilikdə ittiham olunub.

İranda dərsliyə bozqurd işarəsini radikal pantürkizm ideologiyasının simvolu kimi göstərən mətn salınıb.

Din.az xəbər verir ki, sözügedən mətn orta məktəbin “İctimai kimlik” kitabının 8-ci dərsində dərc olunub.

Təhsil Nazirliyi tərəfindən hazırlanan dərslikdə qeyd olunub ki, bozqurd Türkiyədə aşırı millətçiliyin simvoludur: “İslam dünyasında pantürkizm və panərəbizm ideologiyaları, pangermanizm və panislamizmə oxşar ideyalar daşıyır. Bu ideyalar islama uyğun deyil”.

Kitabda həmçinin, Osmanlı İmperiyası irqçilikdə ittiham olunub. Türk kimliyini hədəfə alan dərslikdə saxta İran kimliyi vəsf edilib.

Qeyd edək ki, türklərin soykökünü ifadə edən bozqurd simvolu türk millətinin tarix və kimliyində xüsusi yer tutur. Bozqurd işarəsi İranda türklərin müstəqil kimliklərini göstərmək üçün istifadə olunan simvollardan biridir. / Kult.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...