Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İrandan Azərbaycana qarşı növbəti xainlik : Tehranda qondarma “DQR”in bayrağı qaldırıldı – FOTO

Ermənilər İranda Azərbaycana qarşı plakat açdılar.

Xəbər verdiyimiz kimi Ermənistan baş naziri Nikol Paşinyan Xocalı soyqırımı günü – 26 fevralda Tehrana səfər edib.

Din.az xəbər verir ki, səfər Azərbaycanın əraziyə bütövlüyünü təhdid edən biabırçı hadisə ilə yadda qalıb. İran prezidenti Həsən Ruhani və İranın ali dini rəhbəri Ayətulla Xameneyi dostyana görüşlər keçirən Paşinyan Tehranda erməni icmasını ziyarət edib.

İran dövlətinin nazirlərinin də iştirak etdiyi tədbirdə erməni icması zalın arxasında separatçı “Dağlıq Qarabağ Respublikası”nın bayrağını asıb, şüarın üzərində isə “Qarabağ Ermənistanındır” yazılıb.

Qeyd edək ki, İran rəsmilərinin icazəsi erməni icması orada qondarma “DQR”in bayrağını və Azərbaycana ərazi iddiası edən şüarı aça bizməzdi.

Xatırladaq ki, bu İranda Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən ilə qəsd deyil. Bir neçə gün əvvəl İran inqilabının 40 illik ildönümü ilə bağlı çıxış edən prezident Həsən Ruhani Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan nitqlə çıxış etmişdi.

“Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar.

172 il əvvəl İranın şimal-qərbindəki torpaqlarının daha böyük bir hissəsi əldən gedib. 163 il əvvəl İranın şərqi ərazilərinin mühüm bir hissəsini, 138 il əvvəl şimal-şərqdəki ərazilərinin böyük bir hissəsini ələ keçiriblər.

100 il əvvəl İranın cənubunun böyük bir hissəsini də ölkədən ayırıblar. Körfəzin cənubunda yerləşən həmin ərazilərdə hazırda bir neçə ölkə yaradılıb”.

Paşinyanın erməni icmasını ziyarəti ilə bağlı deputat Fazil Mustafa öz “Facebook” səhifəsində münasibət bildirib:

“İranda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri mütləq açıqlıq gətirməlidirlər. Həmin plakatda “Qarabağ Ermənistanındır!” yazılması heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib.

Bununla İran, Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoymuş olur. Biz İrana qarşı sanksiyalara qarşı çıxdığımız halda, İranın Azərbaycana münasibətdə bu cür qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik. Doğrudur, bu cavablar Azərbaycanda bir çox İran sevdalılarının xoşuna gəlməyəcək, ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər.

Biz İran-Ermənistan münasibətlərinə qarışmırıq, özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik, lakin Azərbaycanın ərazi bütövlüyümüzü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq.”

Avropa.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...