Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İrandan Azərbaycanın “ana”sına sayğısızlıq: Olmaz!

Azərbaycan türkcəsindəki “ana” sözünün qanuna uyğun olmadığı bildirilib.

Güney Azərbaycanın Zəncan şəhərinin Gülşəhr məhəlləsində tikilən körpüyə ad verilməsi ilə bağlı əhali arasında keçirilən sorğuda çoxları “Ana” adına üstünlük versə də, Şəhər Şurasının sözçüsü Səccad Xudayi buna qarşı çıxıb.

Din.az xəbər verir ki, sözçü Azərbaycan türkcəsindəki “ana” sözünün qanuna uyğun olmadığını deyib.

“İranda ümumi məkanlar və keçidlərin adlandırılmasına dair qanunun 5-ci maddəsinə əsasən, ölkənin siyasi-mədəni birliyini qoruyub gücləndirmək, həmçinin milli kimliyi qorumaq məqsədilə yalnız farsca adlar qəbul edilə bilər”, – Səccad Xudayi bildirib.

Onun bu sözləri zəncanlıların etirazına səbəb olub. Şəhər əhalisi sözçünün İran rejiminin bölgədə əsas dəstəkçilərindən biri olduğunu deyib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...