Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İrandan azərbaycanlılara ittiham: islam dövlətinə qarşı…

7 azərbaycanlı milli-mədəni fəalın apellyasiya şikayətinə baxılıb.

Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü Şöbəsində 7 azərbaycanlı milli-mədəni fəalın apellyasiya şikayətinə baxılıb.

Din.az xəbər verir ki, Hakim Əlizadənin sədrliyi ilə keçirilən iclasa 4 nəfərin qatılma imkanı olmayıb. Üç nəfərlik heyət fəalların özünümüdafiəsi ilə bağlı irəli sürdükləri dəlilləri gözdən keçirib. Heyət təhqiramiz “Fitilə” verilişinin əməlini yanlış, ona qarşı keçirilən etiraz aksiyalarını isə bölücülük adlandırıb. Fəallar sonda “İslam cümhuriyyətinin təhlükəsizliyinə qarşı təbliğat aparmaq”da ittiham olunub.

Fəallar bundan əvvəl Əhər İnqilab Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən toplam olaraq 58 ay həbs cəzasına məhkum edilib. Saleh Molla Abbasi, Əkbər Əbulzadə və İbrahim Nuri hər biri 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, Murtaza Şükri və İsrafil Fətullazadə hər biri 7 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2015-ci il noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb. Verilişdən sonra Güney Azərbaycan şəhərləri və xarici ölkələrdə İran rejiminin irqçi siyasətinə qarşı silsilə etirazlar başlayıb, aksiyalar zamanı onlarla soydaşımız saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. /  Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...