Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İrandan böyük səhv: Məmmədyarov səfir oldu – Foto

Məmmədyarov Azərbaycanın İİR-də yeni səfiri kimi təqdim edilib.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov dünən, martın 9-da, Tehrana səfər edib və İran rəhbərliyi tərəfindən qəbul olunub. Lakin İran prezidentinin və ölkənin Xarici İşlər Nazirliyinin saytlarının ingilis dilində olan versiyalarında Məmmədyarov Azərbaycanın İİR-də yeni səfiri kimi təqdim edilib.

Din.az Virtualaz.org-a istinadən bildirir ki, İran prezidentinin saytının ingilis dilli versiyasında yerləşdirilmiş rəsmi məlumatda bildirilib ki, prezident “Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib”.

“Şənbə günü Tehranda Azərbaycan Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdikdən sonra doktor Həsən Ruhani deyib: “İran İslam Respublikasının hakimiyyəti Azərbaycanla qarşılıqlı maraq kəsb edən bütün sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlıdır…” Azərbaycan Respublikasının Tehrandakı yeni səfiri Elmar Məmmədyarov həmçinin etimadnaməsini prezident Ruhaniyə təqdim edərək bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur”, – məlumatda qeyd olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...