Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İrandan bu ölkəyə Quranla bağlı etiraz

Səfirliyin əməkdaşına etiraz notası təqdim olunub.

Norveçin Kristiansann şəhərində SİAN ekstremist qruplaşmasının üzvlərinin müqəddəs Quranı yandırması İranın kəskin etirazına səbəb olub.

Din.az xəbər verir ki, bununla əlaqədar Norveçin İrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub. Lakin səfir qısamüddətli məzuniyyətdə olduğu üçün onun əvəzinə nazirliyə mədəniyyət attaşesi gedib.

Səfirliyin əməkdaşına etiraz notası təqdim olunub. Nəzərə çatdırılıb ki, 1,5 milyard insanın etiqad etdiyi dinin təhqir olunması yaxşı nəticələr verməyəcək. İran hökuməti Norveçdən tələb edib ki, müqəddəs kitabı yandırmaqla dinlər arasında təfriqə salmağa çalışanlar saxlanılaraq məsuliyyətə cəlb olunsunlar. Etiraz notasında qeyd olunur ki, söz və fikir azadlığı adı altında islam dinini təhqir etmək yolverilməzdir.

Norveç səfirliyinin əməkdaşı notanın hökumətə çatdırılacağını və məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyini bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...