Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İrandan ərəb ölkələrinə müharibə ilə bağlı təklif

Yaxın Şərqdə gərgin vəziyyət yaranıb.

İran XİN başçısı məlum sənədlə bağlı danışıb.
Din.az xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif xüsusi sənədin hazırlanması haqda danışıb. Həmin sənədin Fars körfəzi ölkələrinə ünvanlacağı ehtimal edilir. Sənəddə, Yaxın Şərq regionundakı formalaşmış vəziyyətin fonunda qarşılıqlı hücum etməmə haqda sazişi imzalamaq təklifi var.

“İranın region ölkələri ilə hücum etməmə haqda razılığını imzalama təklifi masa üzərindədir”, – deyə İran hökumətinin mətbuat xidmətindən bəyan ediblər.

Qeyd edilir ki, Zərif bu bəyanatını iraqlı həmkarı Əli əl-Həkimlə görüş zamanı edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...