Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İrandan sonra içərisindən çökdürüləcək ölkələrin SİYAHISI

Onlar bu regionda olan ölkələrin öz ayaqları üzərində dayana bilməməsi üçün planlarına davam edəcəklər.

İranda baş verənlərlə bağlı Türkiyənin məşhur köşə yazarı İbrahim Karagülün yazısını təqdim edirik:

İranı yaraladılar. Onların sosial və etnik problemlərindən, hakimiyyət uğrunda olan rəqabətdən istifadə edərək yaraladılar. İrana, “nə qədər güclü olursan ol, nə qədər şiə təlimləri ilə sərhəddən uzaq kütlələri idarə edirsən et, ən zəif nöqtə evindir” dedilər. “Yəməndə olsan da, Suriyada olsan da, Səudiyyə Ərəbistanına meydan oxusan da, ballistik raketlərini Səudiyyənin səmalarında uçursan da səni evində ovlaya bilərik” dedilər.

Tehran, Suriyada qələbə qazanmış kimi görünsə də, təhdidləri Aralıq dənizi və Qırmızı dəniz sahillərinə qədər gəlib çatsa da müharibəni İranın içində, öz vətənlərində çıxara biləcəklərini göstərdilər. Bölgədə daha güclü olsalar da, evdə zəif olduqlarını göstərdilər.

Bəli, İranı yaraladılar. Daha əvvəl Türkiyəni yaralamağa, sarsıtmağa, diz çöktürməyə çalışdıqları kimi. “15 Temmuz”da baş verən hücum kimi. Suriya döyüşündən sonra “Türkiyə cəbhəsi” ni açmaq istədikləri kimi.

Onlar bu regionda olan ölkələrin öz ayaqları üzərində dayana bilməməsi üçün planlarına davam edəcəklər. Lakin Türkiyənin müqaviməti bütün ölkələrə nümunə olacaq tərzdə oldu. Düşünürəm ki, bu müqavimət ənənəsi dalğası təhdid edilən hər ölkəyə yayılacaq.

Bir müddətdən sonra Səudiyyə Ərəbistanına da hücum edəcəklər. Hər nə qədər İsraillə əməkdaşlıq etsə də, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) oyununa gəlib Türkiyə ilə aralarında məsafə qoysa da, ABŞ və İsrailin qazına gəlib “İranla müharibə” üçün cəbhələr yaratsa da, bu gün dost gördüyü ölkələr də onu evində ovlamağa başlayacaq.

Amerika Birləşmiş Ştatları və İsrailin yaxınlığı bu ölkədə ağır travmalara səbəb olacaq. Çünki onların əsas məqsədi müharibəni İslamın ürəyinə salmaqdır. Buna İran-Səudiyyə Ərəbistan müharibəsi ilə nail olmağa çalışacaqlar. Əgər uğursuz olarsa Səudiyyə Ərəbistanı parçalamağa başlayacaqlar.


Eyni şəkildə Pakistanı da yaxından izləyirlər. Terrorla mübarizə adı altında Orta Asiyanın qapısını işğal edən, Pakistanı hərbi qarnizona çevirməyə çalışan ABŞ hazırda bu ölkəni açıq bir şəkildə təhdid etməyə başlayıb. Əfqanıstanın işğalı zamanı “daş üzərində daş qoymarıq” deyə təhdid edən ABŞ indi də Çinlə yaxınlaşdığı üçün Pakistanı təhdid edir.

Təhdiddən xəbərdar olan Pakistan, ABŞ’ın nəzər nöqtəsindən çıxmaq və ya mübarizə aparmaq müdafiə qalxanlarını hazırlayır. Türkiyə və İrana etdikləri kimi orada da qarışıqlıq yaratmaq üçün hazırlıqlara davam edərkən bir ölkənin özünü müdafiə etməsindən daha təbii nə ola bilər?

Diqqətlə baxsaq, Türkiyədən Hindistana qədər yeni bir müqavimət qalxanlarının və azadlıq xəritəsinin yarandığını görə bilərik. Ölkələr ümumi təhdidlərə qarşı oxşar mövqedədirlər. Bəlkə də, bu nə zamansa ortaq müdafiə sistemi olacaqdır.

Bütün millətlər eyni təhlükə ilə üzləşirlər. Bir ölkə dağılırsa, növbə digərinə gələcəkdir. Hər bir ölkənin sabitliyi digər bir ölkənin sabitliyi ilə bağlıdır. Hazırda İranla Səudiyyə Ərəbistanı arasındakı problem coğrafiyada qurulan ən böyük tələdir. İraqın işğalı və ya Suriyadakı müharibə ilə müqayisə edilə bilməz. Bu bəlkə də, Dünya Müharibəsindən sonra ən böyük məhv etmə plandır.

Çevirdi: Məhəmməd Şükürlü

A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...