Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İrandan turistlərlə bağlı vacib qərar – Ləğv edildi

Turistlərin ABŞ vizası ilə bağlı gələcəkdə problemlərlə qarşılaşmaması üçün …

İran Prezidenti Həsən Ruhani xarici ölkə vətəndaşlarının ölkəyə girişi zamanı pasportlarına möhür vurulması məcburiyyətini ləğv edib.

Din.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Qeyd edək ki, bundan öncə İranın analoji addımı atacağı ilə bağlı məlumat yayılmışdı, lakin rəsmi təsdiqini tapmamışdı.

İran hökuməti bu addımı ölkəyə gələn turistlərin ABŞ vizası ilə bağlı gələcəkdə problemlərlə qarşılaşmaması üçün atıb. Belə ki, Birləşmiş Ştatlar keçən il İrana səfər edənlərin ABŞ vizasının alınmasında problemlə üzləşəcəklərini bəyan edib.

2018-ci ildə İranı 7,8 milyon xarici turist ziyarət edib. Bu, 2017-ci ildəki göstəricidən 50% çoxdur. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...