Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İrandan Türkiyəyə ÇAĞIRIŞ: Dərhal dayandırın!

“İran Suriyanın Afrin şəhərində baş verən hadisələri diqqətlə izləyir”.

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi bildirib ki, Türkiyə Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmalıdır.

Din.az xəbər verir ki, bu barədə Qasiminin “Tasnim” agentliyində dərc olunan məlumatında bildirilir.

“İran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir və əməliyyatın dərhal dayandırılacağına ümid edir”, — deyə məlumatda qeyd olunur.

“Afrində böhranın davam etməsi Suriyanın şimalında təkfirçi terror qruplaşmalarının fəallaşmasına, həmçinin müharibə alovunun qızışmasına və bu ölkədə dağıntılara gətirib çıxara bilər”, – deyə o əlavə edib.

Eyni zamanda, Qasimi Suriyanın ərazi bütövlüyünün qorunması və ölkənin suverenliyinə hörmət edilməsinin zəruri olduğunu qeyd edib. O həmçinin Türkiyəni Suriya böhranını siyasi yolla həll etməyə çağırıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...