Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İrandan Türkiyəyə “Divar” cavabı – müsbət yanaşırıq

“İran dialoq qurulmasının tərəfdarıdır”.

Türkiyənin İran sərhədinə divar tikmək layihəsilə bağlı fikirlərini səsləndirən İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi Türkiyə tərəfindən sərhəddəki təhlükəsizliyi artıracaq hər cür tədbirləri müsbət qarşıladıqlarını bildirib.

Din.az Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, mövzu ilə bağlı suallara cavab verən Qasımi deyib: “Türkiyənin sərhəddə divar tikmək fikrini İranla da paylaşdım. Buna müsbət yanaşdılar. Divar sərhədin Türkiyə tərəfində tikiləcək. Təhlükəsizlik məsələlərində ikitərəfli dialoqun yaradılmasının tərəfdarıyıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...