Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranı bir-birinə qatan kimdir? – CİA-nın “Qaranlıqlar Şahzadəsi”

“Qaranlıqlar Şahzadəsi” ləqəbli Maykl Dandrea…

İranı bir-birinə qatan ad CİA-nın “Qaranlıqlar Şahzadə”si Maykl Dandreadır.
Yaxşı bu Maykl kimdir?


Din.az xəbər verir ki, Tramp prezident seçildikdən sonra CİA-nın İrandan məsul şəxsi müsəlman kimi tanınan “Qaranlıqlar Şahzadəsi” ləqəbli Maykl Dandrea (Michael D’Andrea) seçildi. Onun bu vəzifəyə gətirilməsi heç də təsadüfi deyil. Sərt, qəddar və siqaret düşkünü, işqolik olan Mayk İranı çox yaxşı tanıyır. Ona görə də bu vəzifəni ondan yaxşı icra edən olmazdı. Bu“Qaranlıqlar Şahzadəsi” ləqəbli Maykl Dandrea qərarın düzgün addım olduğu artıq nəticəsini göstərdi. 6 ay sonra İranda aləm bir-birinə dəydi.
Mayk dünya əhəmiyyətli terrorçu Bin Ladeni tapan şəxsdir. Maykın adı gələndə CİA işçiləri tir-tir əsir. 1979-cu ildə karyerasına Tanzaniyanın paytaxtı Darüssalamda başlayan Mayk işini Misir, İraq və Əfqanıstanda davam etdirib.
CİA-nın “terrorla mübarizə mərkəzinə” ən azı 10 il sədrlik edən Mayk Dandreanın o dövrdəki kod adı isə “Rocer” idi.
MÜSƏLMAN OLDUĞU VURĞULANIR
Maykl Dandrea haqqında yayılan xəbərlərə görə, Virciniyada doğulan kəşfiyyatçının iki nəslinin CİA ilə əlaqələri olub. O, 1990-cı illərdə mauritiuslu qadınla evlənib. Həyat yoldaşına görə islam dinini seçib. Müsəlman adət-ənənələrinə bağlı olduğu vurğulanır. Elə buna görə də internetdə ən çox namaz qılarkən çəkilmiş fotoları var.
Dandrea 38 il ərzində İslam dünyasının kəşfiyyatını aparan məsuliyyətli işçi, rəhbər olub. ABŞ-a sadiq işçinin adı Bin Laden əməliyyatından sonra ifşa edilir.
Üsamə Bin Ladenin öldürülməsi kinoya da mövzu olub, Kathryn Bigelow-un rejissorluğu ilə çəkilən “Zero Dark Thirty” filmində Mayklı Fredrik Lehne canlandırıb.
Dandreanın vəzifəyə gəldiyi andan cəmi 6 ay sonra İranda vəziyyət qarışdı. Bəzi mütəxəssislərin proqnozlarına görə, İranda bu cür vəziyyətin yaranması təsadüfi hal deyil. Bu o deməkdir ki, artıq İranda ABŞ kəşfiyyatı daha çox iş görüb.
Maykl Dandrea işgəncə və sui-qəsd iddiaları ilə bağlı 3 dəfə konqres tərəfindən sorğu-sual olunub. Buna baxmayaraq o, Tramp rəhbərliyinin ən etibarlı adlarından biridir. / “A24.az”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...