Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranı çökdürmək üçün Səudiyyə Kralı Trampla əlbir olub

Səudiyyə Ərəbistanından neft hasilatını artırmaq tələbinə Ər-Riyaddan cavab gəlib.

Kral Salmanın başçılıq etdiyi Səudiyyə Kabineti “Krallıq gələcəkdə təchizat və tələb balansında dəyişiklik olarsa ehtiyat istehsal gücünü istifadə etməyə hazırlaşır” açıqlamasını verib.

Din.az xəbər verir ki, ABŞ-ın İranı hədəfləyərək Səudiyyə Ərəbistanından neft hasilatını artırmaq tələbinə Ər-Riyaddan cavab gəlib.

İran və Venesuelladan neftin alınmasına mane olmağa çalışan ABŞ boşluğu tarazlamaq üçün neft hasilatını artırmasını istədiyi Səudiyyə Kralı Salmandan müsbət cavab gəlib.

Dünyanın bir nömrəli neft ixracatçısı, həm də Neft İxrac Edən Ölkələrin üzvü olan Səudiyyə Ərəbistanı qlobal neft bazarını balanslaşdırmaq üçün 2 milyon barellik neft ehtiyatlarını istifadə etməyə hazırlaşdığını açıqlayıb.

Kral Salmanın sədrlik etdiyi Səudiyyə Kabineti iclasdan sonra bu açıqlamanı verib:

“Krallıq gələcəkdə təchizat və tələb balansında dəyişiklik olarsa, ehtiyat istehsal gücünü istifadə etmək üçün hazırlığını görür”.

Xatırladaq ki, ötən gün ABŞ Xarici İşlər Nazirliyinin Siyasi planlaşdırma müdiri Brian Huk İranın neft gəlirlərini sıfıra endirməyi qarşılarına məqsəd qoyduqlarını açıqlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...