Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranı hədəfləyən ABŞ-ın əsl məqsədi nədir? – İran üzərindən Azərbaycanı qarışdırmağa çalışmaq – VİDEO

“ABŞ-ın hədəfi təkcə İran deyil”…

Türkiyədə siyasi müzakirələrin aparıldığı “Akit” TV-də İranı hədəfləyən ABŞ-ın əsl məqsədinin nə olduğu açıqlanıb.

Din.az xəbər verir ki, bu barədə müxbir-yazar Abdurrahman Dilipak danışıb. O bildirib ki, hazırda həmin bölgəni təkləyən ABŞ-ın hədəfi təkcə İran deyil:

“İsrailin İranı hədəf seçməsi eyni zamanda bu mənanı verir: Əfqanıstana qədər uzanan xətdə, İraqda da, Suriyada da İran varlığı var. Livanda da mövcud olan Hizbullahın İranla əlaqəsi var. Dolayısıyla İranı hədəf seçmək Əfqanıstan, İraq, Livan və Suriya xəttində özünün təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyatlara hazır olmaq mənasını verir. Amerika da bu vəsilə ilə İranın başına çıxaraq, İran üzərindən Azərbaycan, Qırğızıstan, Kürdistan, Bəlucistan və fars bölgələrini qarışdırmağa çalışır. Yəni burda əsil hədəf İran deyil, İranın üzərində çat yaradaraq bu bölgədə özünə hərbi mənada yeni bir var olma gücünü yaratmağa çalışır. Bunu görürük…”

“A24.az” türk mediasında yayımlanan görüntüləri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...